Perspektiv inkişaf vektorları

Biznesin innovativ yanaşmalar əsasında genişləndirilməsi “ENGINET” şirkətinin başlıca inkişaf vektorlarından birini təşkil edir. Şirkət hər zaman qarşılıqlı fayda zəminində çoxtərəfli tərəfdaşlıq modellərinin təsis edilməsinə müsbət yanaşır və öz fəaliyyətində həm texnoloji, həm də biznes tərəfdaşlıqlara geniş yer verir.

Fəaliyyətini genişləndirərkən şirkət sektorda sağlam rəqabət abu-havasının və öz imkanları daxilində müştərək biznes mühitinin təşviq edilməsi prinsiplərinə sadiq qalır, öz biznes ambisiyalarını məhz bu prinsiplər üzərində qurur.  

Qarşıdakı dövr üçün şirkət aşağıda qeyd edilmiş istiqamətlər üzrə inkişaf göstəricilərinə nail olmaq üçün fəaliyyətini genişləndirməyi planlaşdırır:

  • Gələcəyə baxış bəyanatına uyğun olaraq, bütün ölkə üzrə mövcudluq səviyyəsinin gücləndirilməsi və beləliklə region əhalisinin keyfiyyətli FTTH telekommunikasiya xidmətlərinə əlçatanlılığının təmin edilməsi;
  • Mövcud xidmətlərin texnoloji potensialının davamlı təkmilləşdirilməsi yolu ilə abunəçilərə daha keyfiyyətli xidmət göstərilməsinə nail olunması;
  • Beynəlxalq texnoloji trendlərlə və yeniliklərlə ayaqlaşmaqla öz fəaliyyətində qabaqcıl həllərin tətbiq edilməsi, bu məqsədlə şirkətin araşdırma və tədqiqat bacarıqlarının yüksəldilməsi;
  • Mövcud kadr potensialının gücləndirilməsi üçün heyətə yatırım imkanlarının artırılması, şirkətin bilik və bacarıqlarına güc qatacaq yeni peşəkarların işə cəlb edilməsi;
  • Mövcud “dövlət və özəl sektor tərəfdaşlıq modeli” çərçivəsində fəaliyyətin daha da genişləndirilməsi, bu məqsədlə şirkətin əməkdaşlıq etdiyi investorlarla strateji işbirliyinin gücləndirilməsi.