Şirkətin fəlsəfəsi

Yaradıldığı ilk gündən etibarən “ENGINET” şirkəti qarşısına nəinki sadəcə internet xidmətləri təqdim edən sıradan provayder olmaq, istənilən mürəkkəbliyə malik olan çağırışları təmin edə biləcək kompleks həllər təminatçısı kimi formalaşmaq məqsədini qoymuşdur.

Şirkət inanır ki, uğura gedən yol xidmət göstərdiyi müştərilərinin gözlənti və ehtiyaclarına həssaslıqla yanaşaraq hər bir vəziyyət üçün fərdi həll yolunu təklif etməkdən keçir. Buna nail olmaqdan ötrü institusional, texnoloji və insan resurslarının davamlı olaraq gücləndirilməsi və bilik və bacarıqların artırılması mühüm şərtlərdəndir.

Qarşıya qoyduğu məqsədlərə nail olmaqdan ötrü şirkət öz fəaliyyətini bəlli korporativ inanclar toplusu üzərində qurmuşdur. Bu baxımdan, “ENGINET” şirkətinin korporativ fəlsəfəsinin qayəsində duran ideyalar şirkətin missiya və baxış bəyanatlarında, eləcə də dəyərlərində əksini tapır.