Missiya, baxış, dəyərlər

MİSSİYA BƏYANATI

Bütün maraqlı tərəflərlə ikitərəfli faydalı münasibətlər zəminində ən müxtəlif müştəri və tərəfdaş sorğularına effektiv, çevik və individual texnoloji həllərlə cavab vermək.

GƏLƏCƏYƏ BAXIŞ

Missiyasını yerinə yetirərkən şirkət institusional, texnoloji və insan qaynaqlarının davamlı olaraq gücləndirilməsi yolu ilə bütün ölkə üzrə təmsil olunan kompleks telekommunikasiya həlləri təminatçısı və sistem inteqratoruna çevrilməyi hədəfləyir.

KORPORATİV DƏYƏRLƏR

Şirkət öz fəaliyyətində aşağıdakı dəyərləri rəhbər tutur:

  • Dialoq və qarşılıqlı anlayış – biz inanırıq ki, müştərilərin ehtiyaclarının effektiv təmin edilməsi yalnız konstruktiv qarşılıqlı əməkdaşlıq şəraitində mümkündür;
  • Fərdi yanaşma – hər bir müştəri ilə fərdi qaydada və yalnız ona uyğun seçilmiş peşəkar münasibətlə rəftar olunmalıdır. Yalnız bu halda bütün tərəflərin məmnuniyyətinə, eyni zamanda biznes hədəflərin icrasına nail olunması mümkündür;
  • Davamlı dəstək – şirkət nəinki xidmət göstərdiyi zaman, eləcə də xidmət tsiklinin bütün mərhələlərində müştərilərinin yanında olur və bütün lazımi dəstəklənməni təmin edir;
  • İnnovasiya – biz inanırıq ki, yenilikçilik biznesi daima irəli aparan amillərdəndir. Bu səbəbdən, nəinki öz fəaliyyətimizə, eləcə də bütün telekommunikasiya sektorunun inkişafına töhfə qata biləcək innovasiyaların ölkədə tətbiqində maraqlı və israrlıyıq;
  • Motivasiya və inkişaf – uğurlu biznesin özəyində məhz peşəkar komanda işinin durduğu bizim inanclarımızdandır. Şirkət öz əməkdaşlarını davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnməyə sövq edir və bu işdə onlara dəstək olmağa çalışır.