Tərəfdaşlıq modelləri

“ENGINET” şirkəti öz fəaliyyətini səmərəli qarşılıqlı tərəfdaşlıq modelləri əsasında təşkil edir. Şirkətin qurduğu və uğurla yürütdüyü tərəfdaşlıqlar onun həm texnoloji, həm də biznes fəaliyyətində özünü büruzə verir.

“ENGINET” şirkəti hər daim “win-win” yanaşmasına əsaslanan yeni tərəfdaşlıqların qurulmasını dəstəkləyir və bütün maraqlı tərəflərin konstruktiv təkliflərinə açıqdır.  

Hazırda “ENGINET” şirkətinin strateji və texnoloji tərəfdaşları sırasında dövlət sektorunu və özəl biznesi təmsil edən təşkilatlar, eləcə də beynəlxalq şirkətlər yer almaqdadır.