ENGINET – sosial yönümlü fəaliyyəti ilə fərqlənən fiberoptik telekommunikasiya həlləri təminatçısıdır

Azərbaycanın IT xidmətlər bazarında özünəməxsus mövqeyə malik “ENGINET” şirkəti fəaliyyətinin başlıca məqsədini xidmət göstərdiyi əhali qruplarının məmnunluğuna nail olmaqda görür. Məhz bu səbəbdən, şirkət təqdim etdiyi fiberoptik İnternet və telekommunikasiya xidmətlərinin yüksək keyfiyyəti ilə yanaşı abunəçilər üçün əlçatan və əlverişli olmasını da təmin etməyə çalışır. Hazırda şirkətin “BİRLink” brendi altında təqdim etdiyi xidmətlərindən ölkə əhalisinin müxtəlif təbəqələri güzəştli şərtlərlə yararlanmaq imkanına malikdir.

Müharibə veteranları və şəhidlərin ailə üzvləri üçün nəzərdə tutulmuş tarif planı – “BİRLink Patriot”

“ENGINET” şirkəti ölkənin müstəqilliyinin əldə edilməsi və ərazi bütövlüyünün qorunması uğrunda canı və qanı ilə xidmət etmiş soydaşları diqqət mərkəzində saxlayır və onların vətən uğrunda göstərdiyi şücaəti daim böyük ehtiramla anır. Bununla bağlı olaraq, şirkət 2016-cı ildən etibarən ölkədə ilk dəfə olaraq Qarabağ və Böyük Vətən müharibələrində iştirak etmiş şəxslərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş və canından keçmiş müharibə veteranları və şəhidlərin ailə üzvləri üçün özəl olaraq nəzərdə tutulmuş güzəştli “BİRLink Patriot” tarif planını istifadə vermişdir. Tarif planının şərtlərinə əsasən, sadalanan kateqoriyaya aid olan şəxslər müraciət edərək “BİRLink” fiberoptik İnternet və rəqəmsal televiziya xidmətlərindən daha əlverişli şərtlərlə yararlana bilərlər.

Əlilliyi olan vətəndaşlara təqdim olunan tarif planı – “BİRLink ÖzəlSən”

Daha bir sosial yönümlü təşəbbüsə – hər hansı əlillik dərəcəsi olan vətəndaşlar üçün nəzərdə tutulmuş “BİRLink ÖzəlSən” tarif planının tətbiqinə şirkət 2016-cı ildən etibarən başlamışdır. Bu tarif planına qoşulan abunəçilər müəyyən edilmiş güzəştli şərtlər əsasında “BİRLink”dən fiberoptik İnternet və rəqəmsal televiziya xidmətlərini əldə etmiş olurlar. “ÖzəlSən” tarif planının üstünlüklərindən biri də ondan ibarətdir ki, “ENGINET” şirkəti “ÖzəlSən” abunəçilərinə əlavə bonus qismində bir il müddətinə müxtəlif tibb və sağlamlıq müəssisələrində güzəştli xidmətlərdən istifadə etməyə imkan verən və abunəçinin ailə üzvlərinə də şamil edilən xüsusi endirim kartı təqdim olunur.

Uşaqların İnternetdə təhlükəsizliyini təmin edən “Filtrasiyalı Uşaq İnterneti” xidməti

Müasir dövrdə İnternet artıq nəinki böyüklərin, eləcə də uşaqların gündəlik həyatına əsaslı şəkildə nüfuz etməyi bacarıb. Eyni zamanda məlumdur ki, İnternet şəbəkəsi uşaq psixologiyası və tərbiyəsi üçün nəzərdə tutulmayan arzuolunmaz və təhlükəli məlumatlarla da zəngindir. Balacalar İnternetdən təhsil, əyləncə və rabitə məqsədləri üçün istifadə etsə də, onun zərərli təsirlərinə də məruz qala bilir. Məhz bu səbəbdən,   “ENGINET” şirkəti fəaliyyətə başladığı ilk gündən etibarən ölkədə unikal və innovativ bir xidmət olan filtrasiya edilmiş “Uşaq İnterneti” xidmətini tətbiq etməyə başlayıb. Bu xidmətin mahiyyəti İnternetin avtomatik qaydada, xüsusi proqram təminatının köməyilə uşaq yaş həddi üçün uyğun olmayan istənilən növ məzmun və məlumatlardan təmizlənərək abunəçiyə çatdırılmasından ibarətdir. İnternetin filtrasiyası xidmətinin daha bir üstünlüyü onun çevikliyindədir – abunəçi istədiyi vaxt filtrasiya xidmətini aktiv edə və ya söndürə bilər ki, bu da İnternetdən ehtiyaclara uyğun istifadənin rahatlığını təmin edir. Beləliklə, “Uşaq İnterneti” xidməti sayəsində “BİRLink” optik internet abunəçiləri öz övladlarını İnternetin onların yaş həddinə uyğun olmayan təhlükəli tərəflərindən qoruya və övladlarının onlayn mühitdə olduqları zaman təhlükəsizliyindən arxayın ola bilər.

Öz xidmətləri ilə mümkün qədər geniş auditoriyaya xitab etməyə çalışan “ENGINET” şirkəti digər əhali qruplarına da əlverişli şərtlərlə xidmət göstərir. Belə ki, hazırda “BİRLink” telekommunikasiya xidmətlərindən yuxarıda sadalanan təbəqələrlə yanaşı təqaüdçülər və tələbələr də güzəştli əsaslarla istifadə edə bilər. Şirkətin fəaliyyəti və sosial təşəbbüsləri haqda daha ətraflı məlumatla www.enginet.azwww.birlink.az veb-saytlarında tanış olmaq mümkündür.