Övladlarımızı İnternetin zərərlərindən qoruyan unikal xidmət – BİRLink-dən “Filtrasiyalı Uşaq İnterneti”

Müasir dövrdə cəmiyyət elə bir informasiyalaşdırma mərhələsinə çatmışdır ki, nəinki iş yerlərində, evdə də həyatı sürətlə cərəyan edən müxtəlif xarakterli və həcmli məlumat axınları olmadan təsəvvür etmək mümkün deyil.

Əlbəttə ki, informasiyanın başlıca mənbəyi olaraq hər birimiz bu gün məhz İnternetdən istifadə edir və iş və ya şəxsi ehtiyaclarımıza uyğun olan məlumatları da oradan əldə edirik. Artıq hətta mobil telefonlar belə öz başlıca vəzifəsi olan zəng etməkdən daha çox İnternetdən istifadə olunan mobil kompyuterlər kimi fəaliyyət göstərir. 

Lakin İnternet işimizə yaradığı qədər, bəzən özündə gizlətdiyi arzuolunmaz məzmunlarla da qarşımıza çıxa bilir və bu xüsusən də azyaşlılar üçün təhlükə daşıyır. Mahiyyət etibarilə qlobal və nəhayətsiz informasiya şəbəkəsi olan İnternet həm faydalı, həm də zərərli məlumatları ilə yaşından asılı olmayaraq bütün istifadəçilərinin üzünə açıqdır, bu isə İnternetdən təhlükəsiz istifadə mexanizmlərinin aktuallığı ilə bağlı sual ortaya çıxarır. Necə etmək olar ki, İnternetdən xüsusən də uşaqlar istifadə edərkən yaşlarına uyğun olmayan arzuolunmaz və xoşagəlməz məzmunlarla qarşılaşmasınlar və bunun bir çarəsi varmı?!

Xoşbəxtlikdən, Azərbaycanda İnternet istifadəçiləri üçün bu sualın cavabı müsbətdir – ölkəmizdə İnternetdən istifadə edən azyaşlı vətəndaşları onların yaşına və psixikasına uyğun olmayan istənilən növ zərərli və təhlükəli onlayn məzmunlardan qoruyan unikal veb-filtrasiya xidməti mövcuddur. Belə ki, yerli bazarda ilk dəfə olaraq analoji xidməti telekommunikasiya və İKT sahəsində fəaliyyət göstərən “ENGINET” şirkəti hələ 2009-cu ildə tətbiq etmiş, 2016-cı ildən etibarən isə şirkət özünün “BİRLink” brendi altında optik İnternet abunəçilərinə “Filtrasiyalı Uşaq İnterneti” xidmətini uğurla təqdim etməkdədir.

BİRLink-dən Filtrasiyalı İnternet xidmətinin başlıca vəzifəsi azyaşlıların İnternetdə təhlükəsiz zaman keçirməsini təmin etməkdir. Günümüzdə uşaqlar da artıq İnternetin fəal istifadəçilərinə çevrilməkdədirlər və həm tədris prosesində, həm də asudə vaxtlarını keçirərkən İnternetin verdiyi imkanlardan yararlanırlar. BİRLink-dən Filtrasiyalı İnternet xidməti sayəsində valideynlər övladlarının onlayn mühitdə olduqları zaman hər hansı təhlükəli məzmun daşıyan məlumatlardan mühafizə edildiyindən əmin ola bilərlər. Xidmətin iş prinsipi ondan ibarətdir ki, avtomatik filtrasiya sisteminin köməyilə istənilən zərərli, qeyri-etik və təhlükəli onlayn məzmun filtrasiya olunur. Bu texnologiya “Google” və digər aparıcı internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-dək məzmun kateqoriyası üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların arzuolunmaz veb-məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. Filtrasiyalı İnternet xidməti pornoqrafiya, +18 və qeyri-etik məzmuna malik veb-resurslara, zorakılığı, ekstremizmi və şiddəti təbliğ edən məzmunlara, böyüklər üçün nəzərdə tutulan sosial şəbəkələrə və tanışlıq saytlarına və s. yolverilməz onlayn resurslara daxil olmanı əngəlləyir və beləliklə, azyaşlılar İnternetdə olduqları zaman bu kimi təhlükəli məzmunlardan qorunmuş olurlar. BİRLink Filtrasiyalı İnternet xidmətinin üstünlüklərindən biri də odur ki, BİRLink abunəçiləri istifadə etdikləri filtrasiya xidmətini istənilən vaxt şəxsi kabinet vasitəsilə aktivləşdirilə və ya söndürə bilər, bu da İnternetdən ehtiyaclara uyğun istifadənin çevikliyini təmin edir.

Hazırda bütün BİRLink İnternet abunəçiləri cüzi aylıq ödəniş müqabilində Filtrasiyalı Uşaq İnterneti xidmətinə qoşula və övladlarını İnternetin hər cür zərərli təsirlərindən sığortalaya bilər.

Beləliklə demək mümkündür ki, Filtrasiyalı İnternet xidməti ölkənin gələcəyi olan uşaqların virtual aləmlə təmaslarının arzuolunan məcrada qurulmasında və dünyagörüşünün düzgün formalaşmasında mühüm rol oynayır. “ENGINET” şirkətinin “BİRLink” brendi altında təqdim etdiyi Filtrasiyalı Uşaq İnterneti xidməti isə hazırda ölkədə bu sahədə mövcud olan ən effektiv texnoloji həll olmaqla yanaşı, keyfiyyətinə və çevikliyinə görə də istifadəçilərə üstün imkanlar təqdim edir.