Data mərkəzi

“ENGINET” şirkəti məlumatların emalı və saxlanması sahəsində sifarişçinin tələblərinə maksimal uyğunlaşdırılmış və biznes-proseslərin artması ilə genişləndirilə bilən həllər təklif edir. Şirkətin data mərkəz həlləri aşağıdakılardır:

  • Müasir effektiv avadanlıqlar əsasında qurulmuş məlumatların toplanması, emalı və saxlanması sistemləri;
  • İnkişaf etmiş şəbəkə telekommunikasiya sistemi – biznes-proseslərin idarə olunması tsiklinin bütün elementləri arasında möhkəm əlaqəni təmin edir;
  • Mühəndis infrastrukturu data mərkəzin fəaliyyəti üçün tələb olunan səviyyədə etibarlılığı, effektivliyi və təhlükəsizliyi təmin edir;
  • İdarəetmə sistemi data mərkəzin həyati vacib sistemlərini obyektin ümumi idarə edilməsi strukturuna çevik şəkildə inteqrasiya olunmasına imkan verir.