IP-telefoniya

IP və ya rəqəmsal telefoniya – intranet şəbəkəsi üzərindən ənənəvi telefon rabitəsinin qurulması və tətbiqi anlamına gəlir. Hazırda biznes sektorunda ofislərdə istifadə olunan ən geniş yayılmış səmərəli telefon rabitəsi üsuludur. IP-telefoniyanı effektiv edən amillərdən biri də daxili şəbəkə çərçivəsində fəaliyyət göstərməsi və bu səbəbdən də olduqca çevik və çoxfunksiyalı olması, eyni zamanda kənar müdaxilələrdən qorunmuş olmasıdır.

Müəssisə daxilində IP-telefoniyanın tətbiqi əməkdaşlar arasında kəsintisiz yüksək keyfiyyətli səsli rabitəni təmin etməklə yanaşı, ənənəvi (analoq) telefoniya ilə müqayisədə əhəmiyyətli dərəcədə qənaət əldə etməyə şərait yaradır.

Aşağıda IP-telefoniya sistemlərinin başlıca üstünlüklərindən bəziləri təsvir olunmuşdur:

  • Şəhərlərarası və beynəlxalq zənglərin dəyərinin qat-qat aşağı düşməsi
  • Səs siqnalının yüksək keyfiyyəti – aydın səslənmə, rabitədə ləngimələrin olmaması
  • Qəbul edilməmiş zəngin “itməməsi”
  • Çeviklik və inteqrasiya imkanları. Telefon şəbəkəsinə asanlıqla yeni cihazların, daxili nömrələrin və s. əlavə edilməsi mümkündür. Eyni zamanda, veb-sayt üzərindən daxil olan onlayn zənglərin daxili telefon şəbəkəsinə yönləndirilməsi kimi innovativ həllərin tətbiqinə imkan verir.

“ENGINET” şirkətinin IP-telefoniya xidməti unifikasiya olunmuş kommunikasiyalar sahəsində dünya lideri olan “Cisco” korporasiyasının ən son texnoloji nailiyyətlərini özündə ehtiva edir.