Texniki dəstəklənmə

Korporativ fəlsəfəsində aydın əks olunmuş dəyərlərindən irəli gələrək, “ENGINET” şirkəti xidmət tsiklinin bütün mərhələlərində müştərilərinin yanında olur və bütün lazımi dəstəklənməni təmin edir. İstər fərdi abunəçi olsun, istərsə də korporativ müştəri, “ENGINET” xidmətlərindən yararlanan hər bir istifadəçi hər hansı bir texniki çətinliyin meydana gəlməsi halında şirkətin kvalifikasiyalı texniki dəstək xidməti üçün müraciət edə bilər.  

“ENGINET” şirkəti özünün peşəkar heyətinin bilik və bacarıqlarına güvənərək istənilən mürəkkəblikdə olan texniki dəstək ehtiyaclarının təmin edilməsi imkanına malikdir.