Veb-Filtrasiya

“ENGINET” şirkəti öz abunəçilərinə unikal xidmət olan İnternetin filtrasiyasını təklif edir. Bu xidmətin mahiyyəti İnternetin avtomatik qaydada, xüsusi proqram təminatının köməyilə istənilən növ zərərli və təhlükəli məzmun və məlumatlardan təmizlənərək abunəçiyə çatdırılmasından ibarətdir.

Başlıca olaraq uşaq istifadəçilər üçün aktual olan İnternetin filtrasiyası xidməti hazırda onlayn axtarış sistemlərində müxtəlif dillərdə 60-dək kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların arzuolunmaz veb-məzmundan (+18, pornoqrafiya, zorakılıq, ekstremizm və s.) maksimal müdafiəsini təmin etməyə imkan verir.

“ENGINET” veb-filtrasiya xidməti uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.