ENGİNET şirkəti bir qrup abunəçisinə bayram sovqatı təqdim edib

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram sovqatları təqdim edib. Şirkətin rəhbər əməkdaşlarından ibarət heyət abunəçiləri evlərində ziyarət edərək onları bayram münasibətilə təbrik edib, növbəti ildə ən xoş arzularını çatdırıb.

Fürsətdən istifadə edərək, ENGİNET şirkətinin rəhbərliyi və kollektivi şirkətin bütün abunəçilərini qarşıdan gələn bayramlar münasibətilə səmimi qəlbdən təbrik edir.

“Patriot” tarif paketi haqda:

“Patriot” tarif paketi “BİRLink” brendi altında təqdim olunan güzəştli tarif paketlərindən biridir. Bu tarif paketinin şərtlərinə əsasən, paketə Qarabağ müharibəsi veteranları, Qarabağ müharibəsində və 20 Yanvarda şəhid olmuş şəxslərin ailə üzvlərindən biri qoşula bilər. Paketə qoşulma haqqı 5 Mb/saniyə optik internet və rəqəmsal televiziya xidmətləri üzrə aylıq cəmi 15 AZN təşkil edir.