“Təhlükəsiz İnternet” layihəsi

“Təhlükəsiz İnternet” layihəsi haqda:

Sosial xidmət sahəsində prioritet layihələrdən olan “Təhlükəsiz internet” layihəsi artıq iki ildən çoxdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə icra olunur. Layihənin ilkin mərhələsində Sumqayıt şəhərinin orta məktəblərində şagirdlərə “Təhlükəsiz İnternet” mövzusunda açıq dərslər və stimullaşdırıcı müsabiqələr təşkil edilib. Hazırda Bakı şəhərində yerləşən orta təhsil müəssisələrində təhsil alan şagirdlərlə və onların valideynləri ilə maarifləndirici görüşlər keçirilir, onlara İnternetdə təhlükəli və zərərli məzmunlardan qorunmağın yolları və bu məqsədlə mövcud olan alətlər barədə məlumatlar verilir. 

Xatırlatmaq lazımdır ki, 2008-2012-ci illəri əhatə etmiş “Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “ENGINET” şirkətinin tərəfdaşlarından biri olan “AzEduNet” MMC ölkədə təhsil müəssisələrində “Filtrasiyalı İnternet” xidmətinin köməyilə şagirdlərin İnternetdə təhlükəsizliyini təmin edir. Azərbaycanın ilk FTTH operatoru “ENGINET” şirkətinin və “Bakcell” mobil operatorunun birgə layihəsi çərçivəsində isə valideynlər “Təhlükəsiz İnternet” mobil xidmətinə qoşularaq övladlarını təhsil müəssisələrindən kənarda da arzuolunmaz onlayn məzmunlardan qoruya bilirlər.

“Filtrasiyalı İnternet” xidməti haqda:

Filtrasiya edilmiş “Uşaq İnterneti” xidmətini Azərbaycanda ilk dəfə olaraq “ENGİNET” şirkəti tətbiq edib. Filtrasiyalı internet vasitəsilə övladlarınızı, onların yaş həddinə uyğun olmayan hər tip təhlükədən qoruya bilərsiniz. “BİRLink” brendi bu xidməti təhlükəsizlik üzrə kompleks həllər sahəsində dünya liderlərinin təklif etdiyi texnologiyalar əsasında təqdim edir.

Filtrasiya edilmiş “Uşaq İnterneti” xidməti övladlarınızı aşağıda qeyd edilən zərərlərdən qoruyur:

  • Pornoqrafiya, 18+
  • Zorakılıq
  • Ekstremizm/Psixoloji təsirlər
  • Böyüklər üçün nəzərdə tutulmuş sosial şəbəkələr və s.