Biznes üstünlükləri

“ENGINET” şirkətinin biznes modeli çeviklik və faydalı qarşılıqlı tərəfdaşlıq üzərində bərqərar olunmuşdur. Çevikliyin göstərici olaraq qeyd etmək olar ki, şirkət öz hədəf auditoriyalarına effektiv xidmət göstərə bilmək üçün yerli bazarda FTTH texnologiyasına əsaslanan “BİRLink” brendini yaratmışdır və bu ticarət nişanı altında həm fərdi, həm də korporativ abunəçilərinə xidmət edir. Şirkət istənilən zaman öz mövcud və yeni müştərilərinin ehtiyaclarını qarşılamağa qadirdir və bu məqsədlə öz texnoloji bilik və bacarıqlarını və kadr resurslarını səfərbər etməyə hazırdır. Məhz bu cür yanaşma “ENGINET” şirkətinə çevik biznes fəaliyyəti yürütmək imkanı yaradır.

Əməkdaşlıq etdiyi bütün partnyorları ilə ikitərəfli faydalı münasibətlərə dayanan işbirliyinin həyata keçirilməsi “ENGINET” şirkətinin biznes modelini önə çıxaran digər bir mühüm üstünlükdür. İndiyədək nail olduğu müvəffəqiyyətlərin ərsəyə gəlməsi də şirkətin məhz mövcud tərəfdaşlıqlara verdiyi dəyər və bu sahədə göstərdiyi səylər sayəsində mümkün olmuşdur.