Texnoloji üstünlüklər

“ENGINET” şirkətinin göstərdiyi internet və telekommunikasiya xidmətləri FTTH (Fiber To The Home) qoşulma texnologiyasına əsaslanır. Hazırda yerli telekommunikasiya xidmətləri bazarında ən geniş yayılmış qoşulma üsulu FTTB (Fiber To The Building) üsuludur. Bu iki qoşulma texnologiyası arasındakı başlıca fərq informasiyanın ötürülməsi komponenti olan optik lifli şüşə rabitə kanalının qoşulmanın son mili olaraq bilavasitə abunəçinin mənzilinə çəkilməsindən ibarətdir ki, bu da FTTH qoşulma texnologiyasında mümkündür. Bu üsulla qoşulma provayder üçün daha məsrəfli və mürəkkəb olsa da, abunəçinin daha keyfiyyətli xidmət təmin olunmasına və nəticədə xidmətdən razı qalmasına səbəb olur. “ENGINET” şirkəti öz fəaliyyətində məhz FTTH texnologiyasından istifadə etməsinin səbəbi də bununla bağlıdır.

FTTH-in yaradığı başlıca üstünlüklərdən biri də abunəçilərə eyni fiber optik rabitə kanalı üzərindən qeyri-məhdud sayda telekommunikasiya xidmətlərinin çatdırılması imkanıdır. Belə ki, FTTH abunəçisi mənzilində mövcud olan bir fiber optik qoşulma sayəsində həm yüksək sürətli optik internetdən, həm də rəqəmsal televiziya, telefoniya və digər bu kimi xidmətlərdən rahatlıqla istifadə edə bilər.

Digər bir üstünlük indiyədək yerli bazarda unikal xidmət olan internetin filtrasiyasının tətbiq edilməsidir ki, bu da xüsusən uşaqların istənilən zərərli və təhlükəli onlayn məzmundan mühafizə edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.