Sosial Məsuliyyət

“ENGINET” şirkəti üzvü olduğu cəmiyyətin həyatına cüzi də olsa sosial töhfə verə bilmək üçün öz imkanları daxilində hər zaman çalışır. Şirkət anlayır ki, istənilən təşkilat nəinki yalnız özünün biznes və ya digər strateji hədəflərinə doğru getməlidir, eyni zamanda fəaliyyət göstərdiyi sosial mühitin də inkişafında bu və ya digər dərəcədə xidmətləri olmalıdır.

Təsadüfi deyil ki, “ENGINET” şirkəti iştirak etdiyi “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində ölkədə uşaq internetinin inkişafına töhfə verməyə çalışır və bu istiqamətdə ölkə məktəblərində aktiv sosial məsuliyyət fəaliyyətləri həyata keçirir.

Bundan əlavə, şirkət vaxtaşırı olaraq xeyriyyə təşəbbüsləri ilə çıxış edərək cəmiyyətin müxtəlif  təbəqələri ilə daha yaxın və səmimi münasibətlər qurmağa çalışır.