İntranetin qurulması

“ENGINET” şirkəti qapalı korporativ İKT infrastrukturunun – intranet şəbəkələrinin qurulması və dəstəklənməsi üzrə xidmət göstərir. İntranet – müəssisələrarası və ya müəssisədaxili müstəqil telekommunikasiya şəbəkəsidir. İntranet şəbəkəsi İnternetdən asılı olmadan, avtonom qaydada fəaliyyət göstərir və müəssisə üçün bir növ “daxili internet” funksiyasını yerinə yetirir.

İntranet şəbəkələri bir qayda olaraq kənar müdaxilələrdən və icazəsiz daxil olma cəhdlərindən mühafizə edilir. Bu da İntranet şəbəkəsinin sırf müəssisənin daxili istifadəsi üçün nəzərdə tutulması ilə əlaqədardır.

İntranet şəbəkəsi müəssisədaxili rabitə ehtiyaclarını yüksək keyfiyyətlə qarşılamağa imkan verən daxili telekommunikasiya xidmətlərinin tətbiqi və istifadəsini mümkün edir. Bu sırada şəbəkə üzərindən daxili telefoniya, video-konfrans rabitəsi, məlumatların və sənədlərin mübadiləsi xidmətlərini göstərmək olar.  

Beləliklə, demək mümkündür ki, İntranet şəbəkəsi yaratdığı telekommunikasiya imkanları sayəsində böyük müəssisələr üçün İnternetdən istifadə xərclərini optimallaşdırmağa və ümumən vəsaitlərə qənaət etməyə şərait yaradır.

Əgər siz də müəssisənizin daxili ehtiyaclarını qarşılaya bilən korporativ intranet şəbəkəsinə ehtiyac hiss edirsinizsə, o zaman “ENGINET” şirkətinə müraciət edə bilərsiniz.