Fiziki təhlükəsizlik sistemləri

Müəssisənizdə fiziki təhlükəsizlik sistemlərinin mövcudluğu təhlükə baş verdiyi zaman müdaxilə edərək vacib məlumatlarınızın itirilməsinin qarşısını alacaq. Bu cür həllərin olması müəssisənin təhlükəsizlik sisteminə istənilən icazəsiz giriş cəhdini əngəlləyir, habelə müəssisənin əməkdaşlarını daha da intizamlı olmağa sövq edir.

Video nəzarət – Video nəzarət sistemi sahibkarlıq obyektləri üçün ideal təhlükəsizlik həllidir. İnternet və lokal şəbəkə vasitəsilə təmiz görüntülü videomüşahidə xidməti biznesinin daim nəzarətiniz altında olmasını təmin edəcək.

Giriş nəzarəti – işçi heyətin obyektin ərazisinə daxil olmasına nəzarət edən avtomatlaşdırılmış giriş nəzarət sistemi. Bu 1-3 qapı üçün nəzərdə tutulan və ya bir neçə min işçinin hərəkət etməsinə nəzarət edən sistem ola bilər.

Hadisəyə reaksiya verilməsi – videonun əmr mərkəzlərinə yönləndirilməsi, kritik vəziyyətlərə effektiv, koordinasiya edilmiş və çevik reaksiyanın verilməsi, işçilərə lazım olan dəqiq informasiyanın ötürülməsi, videonəzarət kameralarının məsafədən idarə olunması: görüntü bucağı, yaxınlaşdırma, videonun arxivləşdirilməsi.