Korporativ şəbəkələr

Kompüter şəbəkəsi – cihaz və proqram təminatlarını paylaşa bilən birdən artıq sayda kompüterin eyni şəbəkədə birləşməsidir. Bu, kompüterdən istifadə edən şəxslərin eyni ortaq mühitdə işləyə bilmələrinə imkan yaradır.

Günümüzdə lokal (korporativ) şəbəkə olmadan hər hansı bir müasir təşkilatın fəaliyyətinin effektivliyini təsəvvür etmək mümkün deyildir. Lokal şəbəkələr ilk növbədə informasiya mübadiləsi üçün zəruridir. İnformasiyanın ötürülməsinin iki sxemi mövcuddur – kabelli (simli) və telsiz (simsiz). Ümumən, lokal şəbəkələr üzərindən məlumatların ötürülməsi aşağıdakı üsullarla həyata keçirilir:

  • Kabelli və hibrid lokal şəbəkə
  • Fiberoptik
  • Mis (Ethernet)
  • Telsiz
  • Wi-Fi
  • WiMAX
  • VSAT

“ENGINET” şirkəti lokal şəbəkələrin layihələndirilməsi, qurulması, sınaqdan keçirilməsi və təhvil verilməsini və sifarişçinin istəyindən asılı olaraq bu şəbəkələrə davamlı servis xidmətlərinin həyata keçirilməsini təklif edir. Xidmət göstərərkən şirkət etibarlı və özü tərəfindən yoxlanılmış avadanlıq və materiallardan istifadə edir və keyfiyyətə tam zəmanət verir.