ENGİNET şirkəti bir qrup abunəçisini Ramazan bayramı münasibətilə bayram sovqatı ilə sevindirdi.

ENGİNET şirkəti özünəməxsus "BİRLink" brendinin bir qrup abunəçisinə Ramazan bayramı münasibətilə bayram sovqatlarını təqdim edib.

Şirkət əməkdaşları  müxtəlif ərzaq məhsullardan ibarət olan bayram sovqatlarını Bakı və Sumqayıt şəhərlərində yerləşən abunəçilərə onların yaşadıqları ünvanlarda təqdim edib onları Ramazan bayramı münasibətilə təbrik ediblər.

Bayram payı alan abunəçilər isə “BİRLink” brendi altında istifadə etdiklər telekommunikasiya xidmətlərinin keyfiyyətindən, göstərilən qayğıdan razı qaldıqlarını və ENGİNET Şirkətinə böyük minnətdarlıqlarını birdirdilər.