ENGİNET şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait ayırdı

ENGİNET şirkəti torpaqlarımızın düşmən işğalından tez bir zamanda azad olunmasını, cəbdəhə döyüşən hər bir Azərbaycan Əsgərinə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi və mübarizə əzmi diləyir. Biz zəfər çalacağıq!

Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.